Abşeronda parkda 15 yaşlı oğlan bıçaqlanıb

img

10-11-2021 [10:16]


Abşeron rayonunda gənc oğlan bıçaqlanıb.

Məlumata görə, hadisə noyabrın 8-i saat 17 radələrində rayonun Xırdalan şəhəri ərazisində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2006-cı il təvəllüdlü T.Yunuszadəni aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR