Şenol Güneş: "Mən gizlicə heç kiminlə görüşməmişəm"

img

09-11-2021 [17:57]


Türkiyə milli komandasının sabiq baş məşqçisi Şenol Güneş "Fənərbağça"nın sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibət bildirib.

69 yaşlı mütəxəssis "GazetaKuzey"ə açıqlamasında son zaman hətta oyunları belə izləmədiyini vurğulayıb.

O, boynundakı yüngül ağrıların müalicəsi ilə məşğul olduğunu söyləyib: "Xəstəxanaya gedir, həkimlərin məsləhətləri əsasında müalicəmi davam etdirirəm. Eyni zamanda evdə istirahət edirəm, arabir gəzişirəm. Dostlarım hansısa klubla danışıqlar apardığımı soruşurlar. Mən gizlicə heç kiminlə görüşməmişəm. Danışacağım mövzu da yoxdur. Hazırkı mərhələdə dincəlməkdən başqa bir şeyi düşünmürəm. Bütün komandalarımıza uğurlar arzulayıram".

Qeyd edək ki, "Fənərbağça"da baş məşqçi Vitor Pereyranın baş məşqçi postundan istefaya göndəriləcəyi, klub prezidenti Ali Koçun Şenol Güneşlə danışıqlar aparacağı bildirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA