Pol Poqba 10 həftəyədək sıradan çıxıb

img

09-11-2021 [18:01]


İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba 10 həftəyədək sıradan çıxıb.

Məlumata görə, 28 yaşlı yarımmüdafiəçi Fransa yığmasının düşərgəsində ikən baldırından zədə alıb. Onun əvəzinə milliyə İtaliya "Roma"sından Jordan Veretu dəvət alıb.

Poqba Fransanın noyabrın 13-də evdə Qazaxıstan və noyabrın 16-da səfərdə Finlandiya ilə keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarını buraxmalı olacaq. Təcrübəli oyunçu bu mövsüm İngiltərə Premyer Liqasında 9 matça çıxıb və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, hazırda Fransa millisi D qrupunda 6 oyundan 12 xalla liderdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR