Saakaşvilinin minlərlə tərəfdarı Tbilisiyə toplandı - Azadlıq tələbi ilə aksiya

img

08-11-2021 [20:45]


Gürcüstanın paytaxtı Tbilisidəki Azadlıq meydanında ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.

Aksiyanı Vahid Milli Hərəkat Partiyası təşkil edib.

Mitinqlə əlaqədar olaraq Tbilisinin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub.

Qeyd edək ki, Azadlıq meydanında eyni tələbli izdihamlı mitinq oktyabrın 14-də baş tutub/Report.

M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavi həbsxanasına yerləşdirilib. O, bu gün Qldani türmə xəstəxanasına yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA