Merkel: “Mən daha siyasi münaqişələri həll etməyəcəyəm"

img

08-11-2021 [15:56]


Almaniya kansleri Angela Merkel daha siyasətlə məşğul olmayacaq.

O, bu barədə DW-yə müsahibəsində bildirib.

“Mən daha siyasətlə məşğul olmayacağam, siyasi münaqişələri həll etməyəcəyəm. 16 ildir federal kansler kimi Avropa İttifaqında, beynəlxalq səviyyədə məmnuniyyətlə çalışmışam və həmişə çoxtərəfliliyin tərəfdarı olmuşam. İndi isə hələ də nə edəcəyimi bilmirəm. Artıq dediyim kimi, əvvəlcə bir az istirahət edəcəyəm, sonra görək ağlıma nə gəlir. Hökumət başçısının vəzifələrindən biri də baş verənlərə dərhal reaksiya verməkdir. İndi nə etmək istədiyim barədə düşünəcəyəm. Bu, yalnız bir neçə aydan sonra aydınlaşacaq”, - Almaniya kansleri qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA