Rusiyada azarkeş futbolçuya atəş açıb

img

07-11-2021 [12:11]


Rusiyanın Krasnoyarsk şəhərindəki futbol turniri zamanı 17 yaşlı oyunçuya silahla atəş açılıb.

Hadisə noyabrın 6-da “İzümrüd” idman kompleksində baş verib.

Qarşılaşma vaxtı futbolçuların atalarından biri rəqib komandaya qışqırmağa başlayıb.

Gənc oyunçu isə tənqidlərə reaksiya verərək 43 yaşlı azarkeşə yaxınlaşıb. Onların aralarında münaqişə yaranıb və idmançı travmatik tapança ilə çiynindən vurulub.

Yaralanan şəxs xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA