Bayden: "ABŞ Çinlə iqtisadi rəqabətdə qalib gələcək"

img

06-11-2021 [19:34]


Birləşmiş Ştatlar Konqresinin təsdiq etdiyi infrastrukturun inkişafı planı ölkəyə Çin və digər böyük ölkələrlə iqtisadi rəqabətdə qalib gəlmək imkanı verəcək.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən plan milyonlarla iş yerinin açılmasına səbəb olacaq.

Qeyd edək ki, ölkənin infrastrukturunun inkişafı planı noyabrın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Avqust ayında bu təşəbbüs Konqresin Senatı tərəfindən qəbul edilib.

Ağ Ev və ikipartiyalı senatorlar qrupu tərəfindən razılaşdırılan plan beş il ərzində infrastrukturun inkişafı üçün 550 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasını nəzərdə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA