Fransada qatar mühacirləri vurub, ölən və yaralananlar var

img

05-11-2021 [14:24]


Fransanın Pa-deKale departamentində yerli marşrut istiqamətində hərəkət edən qatar mühacirləri vurması nəticəsində 1 miqrant ölüb, 3-ü yaralanıb.

Bu barədə O-de-Frans regionunun hərəkət vasitələri üzrə sədr müavini Frank Dersen tviter səhifəsndə bildirib.

Onun sözlərinə görə, hadisəni Bo-Mare dairəsində yerli TER qatarı törədib: “Ölən və yaralananlar Eritreyadan olan miqrantlardır”.

F.Dersen vurğulayıb ki, yağışlı havada mühacirlər dəmiryolu ilə hərəkət edirmiş: “Yol yaxşı işıqlandırılmadığından onlar qatarın gəldiyini, maşinist isə mühacirləri görməyib”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA