Maydan qan gölünə döndü: 27 ölü! (CANLI YAYIM, Yenilənib)

img

19-02-2014 [14:06]


Ukraynanın müdafiə naziri Dnepropetrovskdan desant qoşunlarının Kiyevə doğru yola çıxdığını təsdiqləyib.

Bu arada isə xüsusi təyinatlılar Maydanda yenidən fəallaşıblar. Onlar su şırnaqlarından istifadə edirlər.


***

12.22

Kiyevdə toqquşmalar davam edir. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, səhər saat 10 radələrindən müxalifət Ali Radanın binasının girişini bağlayıb. Mitinqçilər hökumət məhəlləsini və parlament binasını tam mühasirəyə alıblar.

***

04.37

Kiyevdə zorakı qarşıdurma nəticəsində ölənlərin sayı artır. Musavat.com-un "Ukrainskaya pravda"ya istinadən verdiyi məlumata görə, Maydanın tibb xidmətinin rəhbəri Oleq Musiy mitinqçilər tərəfidən 20 nəfərin öldüyünü, 500-ə yaxın adamın yaralandığını bildirib.

Səhiyyə Nazirliyi isə mitinqçilərdən yalnız 11 nəfərin öldüyünü təsdiqləyib.

Ukrayna DİN-in saytında yerləşdirilən məlumata görə, toqquşmalar zamanı 7 asayiş keşikçisi ölüb.


***

02.07

Kiyevdə toqquşmalar nəticəsində ölənlərin sayı 18-ə çatıb. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, Maydanda daha beş mülki şəxs öldürülüb. Bundan əvvəl 7 mülki şəxs ölmüşdü. Daxili İşlər Nazirliyi 6 asayiş keşikçisinin öldüyünü açıqlayıb.

Anti-government protesters help an injured man during clashes with riot police at Independence Square in Kiev

Anti-government protesters take cover behind a temporary barricade during clashes with riot police at Independence Square in Kiev

Monuments to Kiev's founders burn as anti-government protesters clash with riot police in Kiev's Independence Square, the epicenter of the country's current unrest, Kiev, Ukraine, Tuesday, Feb. 18, 2014. Thousands of police armed with stun grenades and water cannons attacked the large opposition camp in Ukraine's capital on Tuesday that has been the center of nearly three months of anti-government protests after at least nine people were killed in street clashes. (AP Photo/Efrem Lukatsky)

Anti-government protesters clash with the police during their storming of the Independence Square in Kiev on February 18, 2014


***

01.03

Kiyevdəki toqquşmalarda 200-dən çox adam xəsarət alıb. Musavat.com-un Kiyev administrasiyasının saytına istinadən verdiyi məlumata görə, 110 nəfər xəstəxanaya yerləşdirilib.

Son məlumata görə, qarşıdurmalar zamanı 6 milis əməkdaşı ölüb.

***

00:27

Ukraynanın "Berkut” xüsusi təyinatlı polis dəstəsi Kiyevin mərkəzindəki Maydana hücuma keçib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Müstəqillik Meydanını əhatəyə almış milis dəstələri ön cərgədəki barrikadalara səs-işıq qumbaraları və tüstü şaşkaları atıb, buna cavab olaraq, etirazçılar yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atırlar. Barrikadaların dağıdılması üçün zirehli texnika və BTR tipli zirehli transportyorlar cəlb olunub. Milis etirazçılara qarşı həmçinin su şırnaqlarından da istifadə edir.
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, etirazçıların sosial şəbəkələrdə qeydlərinə əsasən, "Kreşatik” bankının yaxınlığında iki BTR və pulemyot hazır vəziyyətə gətirilib. Bəzi məlumatlara görə, xüsusi təyinatlılar "Kalaşnikov” avtomatları ilə silahlanıb.
Maydanda güclü yanğın müşahidə olunur. Müxalifətçilərin bildirdiyinə görə, yanğın hətta BTR-lərdən birinə keçib.
Hazırda Maydanda 20 minədək insan var.
Xatırladaq ki, bir müddət əvvəl Kiyev milisinin rəhbərliyi etirazçılara 20.00-dək iğtişaşlara son qoymaq ultimatumu irəli sürüb. Əks təqdirdə sərt addımların atılacağı ilə bağlı xəbərdarlıq edilib.


* * * *

00:06

Ukraynada müxalifətyönlü "5-ci kanal” bağlanıb. Telekanal bütün ölkə boyu yayımını dayandırıb.

"5-ci kanal indi yalnız internetdə işləyir. Efir yayımını bütün ölkə üzrə birdəfəlik kəsiblər” - telekanalın ən yaxşı aparıcılarından biri Artyom Ovdiyenko özünün facebook səhifəsində belə yazıb.

Kanalın saytı da fəaliyyət göstərmir. Qapadılmamışdan öncə telekanal Müstəqillik Maydanından birbaşa yayım verirdi.



* * * *

23:45

Kiyevdə ölən milislərin sayı 3-ə çatdı.

Bu gün Kiyevdə gecə saatlarında daha bir milis əməkdaşı həlak olub. Bununla da toqquşmalar zamanı ölən milislərin sayı 3-ə çatıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, etiraz aksiyaları zamanı nümayişçilərlə milis arasında baş vermiş toqquşmalarda 120 milis əməkdaşı da yaralanıb. Onlardan 100-ü xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, yaralanan 35 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


* * * *

23:20

Kiyevdə radikal qruplar Kanada səfirliyinə hücum edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Gənclərdən ibarət bir qrup əllərində dəyənəklərlə Kanadanın Ukraynadakı səfirliyinə hücum edib. Onlar səfirliyin əməkdaşlarına xəsarət yetirmək istəyib. Lakin bunu qarşısı alınıb”, - deyə məlumatda bildirilir.

* * * *

Ukraynanın "Berkut" xüsusi təyinatlı dəstəsi Maydana hücuma keçib. Musavat.com-un məlumatına görə, bu barədə fəallar Twitter-dən məlumat veriblər.

Əraziyə zirehli texnika cəlb edilib. Fəalların sözlərinə görə, "Berkut" "Kalaşnikov" avtomatları ilə silahlanıb.

Hazırda Mydanda güclü yanğın var. Milis əməkdaşları mitinqçiləri meydanı tərk etməyə çağırırlar. "Antiterror əməliyyatı keçiriləcək", - DİN-dən bildirilib.


* * * *

22.38

Virtualaz.org xəbər verir ki, Kiyevdə baş verən qarşıdurmalarda ölənlərin sayı 9 nəfərə çatıb. Ölənlərin 2-ci milis, 7-si də mülki şəxsdir.

Ukrayna daxili işlər nazirliyindən verilən məlumata görə, 1 nəfər Regionlar partiyasının ofisində tüstüdən boğulub, 3 nəfər Zabitlər Evinin qarşısında həlak olub, 1 nəfər aldığı güllə yarasından sonra təcili yardım maşınında dünyasını dəyişib, 2 nəfər ürək tutmasından ölüb.

2 milis əməkdaşının da qarşıdurmalar zamanı öldüyü deyilir.

* * * *

20:38

Kiyevdə ölənlərin sayı artıq 6 nəfərə çatıb.

Ukraynanın paytaxtı Kiyev şəhərində sanki müharibə gedir. Bütün bunlar Kiyevdən canlı yayımlanan videolardan da aydınca görsənir. Müxalifətin əsas tələbi 2004-cü ildə qəbul edilmiş ölkə Konstitusiyasına qayıtmaqdır. Milislər müxalifət nümayəndələrini Ali Radanın binasına buraxmayıblar. Ona görə də hadisələr daha da gərginləşib və bir çox inzibati binaların tutulması haqda informasiyalar yayılır.


* * * *
19:52

Musavat.com-un Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 5-ə çatıb. Bundan başqa yayılan son məlumatlarda bildirilir ki, yaralıların sayı durmadan artır.

* * * *

17:39

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş toqquşmalarda 3 nəfər ölüb.

APA-nın "Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu "Batkivşina” (Vətən) Partiyasının deputatı Lesya Orobets özünün "Facebook” səhifəsində yazıb. O bildirib ki, Zabitlər Evinin tibbi məntəqəsində 3 nəfərin meyiti var, 7 yaralı isə ölüm ayağındadır.
L. Orobets yaralıların ilk tibbi yardım ala bilmədikləri üçün öldüklərini söyləyib: "Təcili yardım maşınlarının bura girib-çıxmasına imkan verilmir. Vaxtında tibbi yardım ala bilməyən insanlar ölür...”

Qeyd edək ki, bu gün səhər Kiyevin Mariinsk parkında və Qruşevsk küçəsində Ali Radanın binasına doğru yürüş edən nümayişçilərlə "Berkut” xüsusi təyinatlıları arasında toqquşmalar olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silahdan istifadə etdikləri bildirilir.

* * * *

Kiyevdə Ali Radanın binası önündə toqquşma zamanı 10 nəfər etirazçı yaralanıb.APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, atılmış işıq-səs qumbarası aksiya iştirakçılarının birinin qolunu qoparıb.
Toqquşma zamanı xəsarət alanların əksəriyyəti başından yaralanıb.
Yerli mətbuat həmçinin hakim Regionlar Partiyasının mənzil-qərargahında şüşələrin sındırıldığı barədə məlumat yayıb. Məlum olub ki, etirazçılar binaya daş parçaları və "Molotov kokteyli” atırlar. Binada yanğının baş verdiyi bildirilir.


***

13.45


"Berkut” döyüşçüləri İnstitut və Şelkoviçnı küçələrinin kəsişməsindəki binanın damına çıxıblar. Onlar oradan aksiya iştirakçılarının başına səs və qaz numbaraları atırlar. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, binanın damında maskalı bir neçə var. Onlar aşağı naməlum cisimlər də atırlar.


***

13.35

Kiyevdə mitinqçilər Ali Radaya gedən yolu bağlayan yük maşınını yanlırıblar. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ərazini qara tüstü bürüyüb.


Фото Facebook Александр Рудоманов

Фото: Googlist


***

12.51

Kiyevdə polis əməkdaşları aksiya iştirakçılarına rezin güllələrlə atəş açıb. Musavat.com-un "Frans Press”ə istinadən verdiyi məlumata görə, əvvəlcə aksiya iştirakçılarından bir neçəsi asayiş keşikçilərini daşqalaq edib.

Avropaya inteqrasiya tərəfdarları Ukrayna parlamentinə doğru irəliləyir.

Ukrayna müxalifəti Ali Radanın tribunasını mühasirəyə alıb. Müxalifətçi deputatlar bu addımı spiker Vladimir Rıbakın 2004-cü il Konstitusiyasına qayıdışla bağlı bəyannamə layihəsini gündəliyə salmamasına etiraz əlaməti olaraq atıblar.

Musavat.com














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA