Nazir: "Cüdo ilə uşaqlıqda 15-16 yaşınadək məşğul olmuşam"

img

01-11-2021 [18:05]


"Cüdonun böyük ənənələri var, son illərdə böyük nailiyyətlər əldə olunub".

Bu fikirləri Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti, nazir Rəşad Nəbiyev deyib.

"Üzərimizə bunları daha da inkişaf etdirmək düşür. İlk növbədə hədəfləri müəyyənləşdirmək və strategiya qurmaq lazımdır. Yeni tərkibdə məqsədləri müəyyənləşdirərək, onların öhdəsindən gələcəyik. Məqsədlər məlumdur. Cüdo ilə uşaqlıqda 15-16 yaşınadək məşğul olmuşam".

R.Nəbiyev bildirib ki, yeni baş məşqçi ilə bağlı məsələyə hədəflər müəuyənləşəndən sonra aydınlıq gələcək: "Hər bir növdə olduğu kimi, cüdoda da əvvəldən proqnoz vermək çətindir. Cüdo inkişafdadır, Rövnəq müəllim böyük işlər görüb. Bizim hədəfimiz bu baza üzərində nailiyyətlər əldə etməkdir"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR