"Qarabağ"ın aparıcı futbolçusu "Kayrat"la oyunu buraxa bilər

img

01-11-2021 [11:16]


"Qarabağ"ın futbolçusu Abdullah Zubir Qazaxıstanda "Kayrat"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.

Bu barədə  Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçında zədələnib: "MRT müayinəsi nəticəsində Zubirin sağ ayağının arxa əzələsində problem aşkarlanıb. "Kayrat"la görüşdə iştirakı sual altındadır. İstənilən halda bizimlə Almatıya gedəcək. Onun son durumuna oyundan əvvəl aydınlıq gələcək".

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero və zədəsini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov da oyunu buraxacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA