Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək

img

30-10-2021 [14:22]


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin müzakirə edəcəyi bir çox məsələlər var”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir: “Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq”.

İ.Kalının sözlərinə görə, R.T.Ərdoğan və C.Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazkoda görüşəcəyi gözlənilir: “Görüşlə bağlı son dəqiqləşmələr aparılır”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA