Baydenin kortejinin avtomobili yol qəzasına düşüb

img

29-10-2021 [20:10]


İtaliyanın paytaxtı Romada ABŞ prezidenti Cozef Baydenin kortejinin avtomobili yol qəzasına düşüb.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.

"Prezidentin kortejindən olan avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qəzaya düşüb. Ciddi xəsarət alan olmayıb. Bununla belə, ehtiyat tədbiri olaraq, tibb işçiləri avtomobildə olanları müayinə edir", - Ağ Ev sözçüsü bildirib.

O, qəzaya uğrayan kortecin avtomobilində konkret kimin olduğunu açıqlamayıb.

Qeyd edək ki, Amerika lideri G20 sammitində iştirak etmək üçün İtaliyaya gəlib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA