Dünya çempionatı: Azərbaycan gimnastları finala vəsiqə qazanıb

img

29-10-2021 [18:08]


Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə başlayıb.

Məlumata görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv ilk olaraq 5 topla kompozisiyanı yerinə yetirib. Onlar bu alətlə hərəkətlərdə 39,600 xala layiq görülüb.

Daha sonra komanda 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 38,000 xal toplayıb. Komanda iki çıxışın cəminə görə 77,600 xalla 6-cı pillədə qərarlaşıb və finala yüksəlib.

Qeyd edək ki, final oktyabrın 31-də olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA