Polis əməliyyatı: şəbəkəyə daxil olan 3-ü qadın olmaqla 17 nəfər saxlanılıb - FOTO/VİDEO
29-10-2021 [14:05]
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və narkopritonlar yaradaraq xüsusən gəncləri narkotik vasitələrdən istifadə etməyə və narkokuryerliyə cəlb edən şəbəkə üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
DİN Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Seymur Cavadov saxlanılıb. Onun üzərindən və Masazır qəsəbəsində narkotik vasitələrin saxlanılması üçün anbar kimi istifadə etdiyi zirzəmidən ümumilikdə 27 kiloqram, o cümlədən 19 kiloqram 565 qram heroin, 6 kiloqram 810 qram tiryək, 715 qram marixuana və narkotik vasitələrin satışında bilavasitə istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Nəsimi rayonu ərazisində keçirdikləri tədbir zamanı Cəlilabad rayon sakini Səxavət İsmayılov narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 8 kiloqram 490 qram psixotrop maddə “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 990 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səxavət İsmayılovun Suraxanı rayonunda yaşadığı evdən 3 kiloqram 440 qram tiryək və 1 ədəd narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Xətai rayonunda həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İsmayıl Babayev, Orxan Cavadov və Mübariz Aslanov saxlanılaraq Baş İdarəyə gətiriliblər. İsmayıl Babayevin üzərindən və yaşadığı evdən ümumilikdə 1 kiloqram 230 qram metamfetamin, 2 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik kart, 30 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Orxan Cavadov və Mübariz Aslanovdan isə müvafiq olaraq 124 qram heroin, 100 qram marixuana və tərəzi aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının Abşeron rayonu Xırdalan şəhərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Xanım Məmmədəliyeva, Mətləb Əzizov və Çinarə Quliyeva saxlanılıblar. Xanım Məmmədliyeva və Mətləb Əzizovdan müvafiq olaraq 1 kiloqrama yaxın metamfetamin, eləcə də 2 ədəd elektron tərəzi, Çinarə Quliyevadan isə 20 qram heroin aşkar edilərək götürülüb.
Paytaxtın Binəqədi və Nizami, həmçinin Saatlı rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Bakı şəhərində narkokuryerlik edən Emin Rəhimzadə, Nicat Kərəmov və Sadiq Məmmədov, eləcə də Elvin Həsənovla Nəhməd Abıyev saxlanılıblar. Emin Rəhimzadə, Nicat Kərəmov və Sadiq Məmmədovdan 500 qranma yaxın narkotik vasitələr olan marixuana, heroin, elektron tərəzi, həmçinin Nicat Kərəmovdan əlavə 10 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Saatlı rayonunda tutulan Elvin Həsənov və Nəhməd Abıyevin üzərindən və yaşadıqları evlərdən isə ümumilikdə 3 kiloqram 340 qram satış üçün əldə etdikləri marixuana aşkar edilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyat zamanı isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışını təşkil edən paytaxt sakinləri Rasim Şahmərdanov və tanışı Şəms Məmmədli saxlanılıblar. Onların üzərindən 22 qram heroin, metamfetamin və 2 ədəd plastik kart, Rasim Şahmərdanovun idarə etdiyi avtomobildən isə əlavə 10 kiloqram 380 qram heroin, 2 kiloqram 340 qram metamfetamin və elektron tərəzi, Cəlilabad rayonunda saxlanılan Səfa İbrahimovun üzərindən isə 4 qrama yaxın heroin aşkar edilib.
Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşalrının Yevlax rayonunda həyata kenirdikləri əməliyyta zamanı isə həmin bölgədə narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Tağıyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 3 kiloqram 400 qram satmaq məqsədi ilə əldə etdiyi marixuana aşkar edilib.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan 17 nəfər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb edildiklərini, həmçinin narkotiklərin satışını təşkil edən şəbəkənin üzvü olduqlarını bildiriblər. Bu şəxslərin hər biri paytaxt və bölgələrdə narkotiklərin satışını təşkil ediblər və əsasən gəncləri narkokuryerliyə cəlb etmək üçün mütəşəkkil dəstə yaradıblar. Onların cinayətləri ətraflarında həyata keçirilən əməliyyat tədbirləri və təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Göstərilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 64 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 40 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməkdən çəkinməsinlər. Bunun üçün məlumatlı şəxslər Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi ünvanlarına da müraciət edə bilərlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə töhvə vermək üçün məlumatı polis əməkdaşları ilə bölüşən şəxslərin anonimliyinə tam zəmanət verilir.
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı