Macarıstanda koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib

img

29-10-2021 [09:23]


Macarıstan hökuməti koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar bir sıra yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Bu barədə Macarıstan hökumətinin rəsmi sözçüsü Zoltan Kovacs bildirib.

Belə ki, noyabrın 1-dən etibarən ictimai nəqliyyatda maskadan istifadə, işçilərin məcburi peyvəndi, tibb müəssisələrinə baş çəkmək qadağası tətbiq ediləcək.

Bununla yanaşı, peyvənddən imtina edildikdə, işçi ödənişsiz məzuniyyətə göndərilə və bir ildən sonra işdən çıxarıla bilər. İstisna yalnız tibb müəssisələrinə aiddir.

Macarıstanda pandemiya başlayandan 850 mindən çox COVID-19-a yoluxma aşkar edilib, 30,6 mindən çox insan ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA