İlham Zəkiyevə yeni vəzifə verildi - Milli Paralimpiya Komitəsində yeni təyinatlar oldu

img

26-10-2021 [15:23]


Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

MPK-dan Mia.az-a verilən məlumata görə, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.

Eyni zamanda məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və İdman seleksiyası üzrə komissiya yaradılıb.

Məşqçilər Şurasının sədri vəzifəsinə MPK-nın baş katibi Kamal Məmmədov, Nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.

Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR