Gürcüstanda koronavirus: yoluxanların 15 %-ni yeniyetmələr təşkil edir

img

26-10-2021 [13:58]


“Gürcüstanda koronavirusa yoluxanların 15 %-ni yeniyetmələr təşkil edir”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, COVID-19 infeksiyası 18 yaşadək olan 103 927 uşaq və yeniyetmədə aşkarlanıb: “Onların 6 979-u xəstəxanaya yerləşdirilib və təəssüflər olsun ki, uşaqlar arasında 9 ölüm faktı qeydə alınıb. Üç körpəni saymasaq, bütün digər hallarda müşayiətedici ağır genetik xəstəliklər olub”.

Qeyd edək ki, Gürcüstanda indiyədək koronavirus 698 944 nəfərdə aşkarlanıb. Onların 639 564-ü sağalıb, 9 831-i isə vəfat edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA