Ukraynada koronavirusa daha 19120 nəfər yoluxub, 700-dən çox ölən var

img

26-10-2021 [12:16]


Ukraynada ötən 24 saat ərzində koronavirusa daha 19120 nəfər yoluxub, yoluxanlardan 734 nəfəri dünyasını dəyişib.

Bunu Səhiyyə Nazirliyi feysbuk səhifəsindən açıqlayıb. Bu, pandemiya dövründə Ukraynada qeydə alınan ən yüksək ölüm göstəricisidir.

Nazirliyin açıqlamasına görə, pandemiya başlayandan bu yana Ukraynada 2.803 min nəfər koronavirusa yoluxub ki, bunların 64 936 nəfəri ölüb, 2,39 milyonu da sağalıb. İndiyədək ölkədə 16 milyondan çox, o cümlədən ötən gün ərzində 255 min nəfər peyvənd olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA