"Sabah" klubu  "Krasnodar"ın sabiq baş məşqçisi danışıqlar aparır

img

25-10-2021 [11:47]


"Sabah" klubu Rusiya "Krasnodar"ının sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Report-a paytaxt təmsilçisinin idman direktoru İqor Ponomaryov məlumat verib.

61 yaşlı mütəxəssis bu post üçün bir neçə namizədlə görüşdüklərini bildirib: "Ramin Quliyevin gedişindən sonra baş məşqçi postu boşalıb. Rusiyalı Murad Musayev sadəcə, namizədlərdən biridir. Biz namizədlərlə görüşürük. Bu da normal prosesdir".

Qeyd edək ki, "Sabah" oktyabrın 21-də Ramin Quliyevlə yollarını ayırıb. Murad Musayev 2018 - 2021-ci illərdə "Krasnodar"da işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA