Marneuli bazarında güclü yanğın: mağazalar yanıb - FOTO (YENİLƏNİB)

img

20-10-2021 [21:00]


Mia.az-ın rayondan əldə etdiyi məlumata görə, yanğında iki mağaza tamam yanıb, bir neçə mağazaya isə ciddi zərər dəyib..

Artıq yanğın söndürülüb.

***

Marneuli bazarında baş verən güclü yanğın artıq lokallaşdırılıb.

Yanğının tam aradan qaldırılması üzrə işlər davam etdirilir.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində 10-a yaxın mağaza içərisindəki mallarla birgə yanaraq yararsız hala düşüb/Report.

***

21:22

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonun mərkəzində yerləşən bazarda güclü yanğın baş verib.

Hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub.

Alov bazar ərazisindəki mağazalar və anbarları əhatə edib.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA