İnfeksionist: “Hazırda Azərbaycanda respirator infeksiyalar geniş yayılmayıb”

img

20-10-2021 [16:12]


“Payız və qış fəslində mövsümi xəstəliklərin yayılması təbiidir. Hazırda respirator infeksiyaların rast gəlmə tezliyi əvvəlki illərdən heç də çox deyil. Hətta keçən il bu sahə üzrə xəstələnmə ötən illərdəkindən az olub”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, ötən il Azərbaycan vətəndaşları qripə qarşı peyvənd edilib: “Qoruyucu tədbirlər eyni zamanda respirator infeksiyaların sayının azalmasına səbəb olub. Yəqin ki, bu il də həmin göstərici artmayacaq. Güman edirik ki, bu il də say çox olmayacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA