"Şagirdlər müəllimlərə virus yoluxdura bilərlər" - Nazirlik rəsmisindən xəbərdarlıq

img

20-10-2021 [15:40]


Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib.

O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər: “Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunub, ancaq onlar evdəkiləri yoluxdura bilərlər".

Distant təhsilin effekt vermədiyini bildirən infeksionist dövlətin də məktəblərin bağlanmasını istəmədiyini qeyd edib: "Buna görə də valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı ki, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq, xəstə uşağı məktəbə buraxana qədər xəstəliyi aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur”.

T.Eyvazov bildirib ki, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz.

Onun sözlərinə görə, məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər: “Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.

Nazirlik rəsmisi bildirib ki, peyvənd vurdurmamışdan əvvəl nəsə etmək lazım deyil: "Bəzən peyvəndləmə məntəqələrində insanlar stress keçirir”.

Nazirlik rəsmisi bildirib ki, peyvənddən əvvəl hər hansı dərman qəbulu vaksinin effektliyini azalda bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA