MDB-nin 30 illiyinə dair bəyanat verilib

img

15-10-2021 [16:23]


MDB üzv ölkələrin rəhbərləri qurum çərçivəsində iqtisadi inteqrasiyanın daha da dərinləşməsini mümkün sayaraq bu təşkilatın inkişaf etməsinə, dünya miqyasında mövqeyinin güclənməsinə tərəfdardırlar.

“TASS” xəbər verir ki, bu barədə MDB Dövlət Başçıları Şurasının təşkilatın 30 illiyi münasibətilə verdiyi bəyanatda bildirilir.

Bəyanatda yaşıl iqtisadiyyatın, rəqəmsallaşmanın, sənayedə kooperasiyanın, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, təbii sərvətlərin səmərəli istifadəsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, habelə üzv ölkələr arasında əmək miqrasiyası, işgüzar dairələr səviyyəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi kimi hədəflər müəyyənləşdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA