Gürcüstanın Baş naziri: "İstefa verməyəcəm"

img

14-10-2021 [14:17]


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verəcəyi barədə yerli mətbuatda yayılan məlumatları təkzib edib.

Bu barədə o, jurnalistlərin sualına cavabında bildirib.

“Baxmayaraq ki, hakim partiya və komandamızın üzvləri bu məsələ ilə bağlı dəfələrlə açıqlama veriblər, siz təxribat və dezinformasiya yaymaqda davam edirsiniz”, - İ.Qaribaşvili söyləyib.

Qeyd edək ki, Gürcüstan mətbuatında İ.Qaribaşvilinin yerli seçkilərin ikinci mərhələsindən sonra istefa verəcəyi barədə məlumatlar yer alıb. İkinci turun oktyabrın 30-da keçiriləcəyi gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA