Gürcüstanın Baş naziri Batumiyə gedir

img

08-10-2021 [15:17]


“Batumidəki insidentlə bağlı bütün müvafiq xidmətlər səfərbər olunub. Xəsarət alanların dağıntılar altından çıxarılması üçün xilasetmə işləri aparılır”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, dövlət bütün xəsarət alanlara və zərərçəkənlərə müvafiq kömək göstərəcək.

Baş nazir qeyd edib ki, daxili işlər naziri Vaxtanq Qomelauri Batumiyə yola düşüb: “Mən şəxsən bu gün özüm Batumiyə gedib vəziyyətlə yerində tanış olacağam”.

Qeyd edək ki, bu gün saat 12:00 radələrində Batumidə beşmərtəbəli binanın bir bloku çöküb. Dağıntılar altından iki uşaq sağ çıxarılıb. Digər insanların axtarışları davam etdirilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA