Vəkil: “Mixeil Saakaşvilinin durumu pisləşir”

img

08-10-2021 [14:03]


"Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili artıq 8-ci gündür aclıq edir və onun fiziki durumu getdikcə pisləşir".

Bunu M.Saakaşvilinin vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi görüşə biləcəklər.

Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası keçirir. O, aksiyanı dayandırmayacağını bildirib. M.Saakaşvilinin atası Nikoloz Saakaşvili bu gün oğluna müraciət ünvanlayıb və onu aclığı dayandırmağa çağırıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA