Pakistanda avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb

img

04-10-2021 [12:15]


Pakistanın Pəncab vilayətində sərnişin avtobusunun estakadadan aşması nəticəsində 7 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.

Bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb avtobusun təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub. Beş nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada keçinib.

Xəsarət almış bütün şəxslər xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA