“Gürcü Arzusu”nun namizədi Marneulidə mer seçkilərində qalib gəlib

img

03-10-2021 [10:24]


Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda mer vəzifəsinə keçirilmiş seçkilərin nəticələri açıqlanıb.

Ölkənin Mərkəzi Seçki Komissiyası rayon üzrə 91 məntəqənin hamısında səsləri hesablayıb.

Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kənan Ömərov 68,26 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Eldar Mustafayev 28,17 %, digər müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev isə 3,58 % səs əldə edib.

Qeyd edək ki, Marneuli meri postuna yalnız bu üç namizəd iddialı olub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA