Ağstafada olay: iki qardaş bıçaqlandı, biri öldü

img

13-09-2021 [10:31]


Sentyabrın 12-i saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri –Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalovaya isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa rayon Prokurorluğundan Mia.az-a verilən məlumatına görə, aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən ediib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA