Ağcabədi sakini özünü güllələyərək öldürüb

img

09-09-2021 [12:55]


Ağcabədi rayon sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Mia.az DİN-ə istinadla bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən “İS” markalı ov tüfəngi götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA