Cəlilabada əməliyyat: tutulanlar var - FOTOLAR

img

07-09-2021 [11:45]


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA