Arvadının başını, qonşusunun isə cinsiyyət orqanını kəsdi.. - Bakıda dəhşətli cinayətın təfərrüatı
03-09-2021 [10:31]
Bakıda həyat yoldaşını və qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Anar Hacıyev və qardaşı Sakit Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az xəbər verir ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə məlumatlar daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Zərnişan Hacıyevanın əri 1988-ci il təvəllüdlü Anar Hacıyev və onun 1992-ci il təvəllüdlü qardaşı Sakit Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.
İstintaqla müəyyən olunub ki, Anar Hacıyev 2020-ci ilin yanvarından etibarən arvadı Zərnişanla həmkəndlisi və qonşusu olmuş Natiq Talıbovun intim münasibətləri barədə söz-söhbət eşidib.
O, həqiqəti bilmək adı ilə arvadı Zərnişanla evdə təklikdə söhbət edib, onun Natiqlə əvvəllər danışdıqlarını, amma hazırda heç bir münasibəti olmadığını aydınlaşdırıb. Anar arvadının qonşusu ilə intim münasibətləri barədə danışılanların həqiqətən baş verdiyi qənaətinə gəlib.
Anar niyyətini qardaşı Sakitə bildirib. Qardaşı ona hər iki şəxsin qətlə yetirilməsində razılığını ifadə edib. Onlar Natiqi və Zərnişanı qisas almaq məqsədi ilə öldürmək qərarına gəliblər.
Martın 5-də saat 23 radələrində Anar Natiqə SMS yazıb, onun narkotik aludəçisi olmasını bildiyi üçün özündə narkotik vasitə olduğunu, gəlib götürməyi təklif edib. Görüşü Zabrat-Maştağa yolunun kənarına, Daş bazarı kimi tanınan yerə təyin ediblər.
Ölkə.Az-ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Anar və qardaşı Sakit sonuncuya məxsus "Daewo Nexia” markalı maşınla Zabrat-Maştağa yolunun kənarına, kanalizasiya sularının axıdıldığı boş torpaq və gölməçə yaxınlığına gəliblər. Gecə saat 1 radələrində Natiq taksi ilə həmin əraziyə gəlib. Avtomobilin qabaq oturacağında oturan zaman Anar açılıb-qatlanan bıçaqla Natiqin bədənin müxtəlif nahiyyələrinə ümumilikdə 43 dəfə zərbələr endirib. Talıbovun öldüyünə əmin olduqdan sonra meyiti avtomobildən düşürüb yaxında olan çuxura atıblar. Daha sonra Anar qətlə yetirilmiş Talıbovun cinsiyyət orqanını kəsib ağız boşluğuna yerləşdirib.
Cinayətkar hərəkətlərini davam etdirərək ikinci şəxsi qəsdən öldürmək məqsədi ilə saat 2 radələrində Məmmədli qəsəbəsinə gəliblər. Anar Hacıyev yaşadığı mənzilə girərək Zərnişan Hacıyevaya Natiq Talıbovu öldürdüyünü bildirib:
"Zərnişana Natiqi öldürdüyümü dedim. Başa düşdü ki, onu da öldürəcəm. Zərnişana özünü asmasını dedim. O isə uşaqların xətrinə bağışlamağımı istədi. Biz mübahisə etməyə başladıq. Evdə ip axtaranda Zərnişan bloka qaçdı. Onu blokda tutaraq evə dartdım. Səs-küyə qonşular da bloka çıxdı və iki qadın, bir oğlan məni sakitləşdirmək istədi.
Bu zaman Zərnişan qaçaraq qonşunun evinə girdi. Qonşular da bizi sakitləşdirməyə çalışırdı. Bir neçə dəqiqə sonra atam Əlirza, anam Zərövşən və qardaşım Kazım da gəldi. Onlar məndən niyə mübahisə etdiyimizi soruşdular. Onlara əsl səbəbi demədim, Natiqi öldürdüyümü də heç kimə bildirmədim. Atam və və anam başımı qatdığı üçün Zərnişan aşağı düşdü. Zərnişanın arxasınca qardaşım Kazım da düşdü. Mən də valideynlərimi razı salaraq Zərnişana heç nə etməyəcəyimi dedim. Sonra həyətə düşdüm. Zərnişanın qolundan tutaraq Sakitin idarə etdiyi avtomobilə tərəf apardım.
Şüvəlan qəsəbəsi ərazisində yerləşən ziyarətgahın yaxınlığında, ziyarətgaha çatmamış Sakiti avtomobildən düşürtdüm. Dedim ki, Zərnişanla bir az gəzib, söhbət etdikdən sonra anasının evinə aparacağam, sonra geri qayıdaraq onu da götürəcəm. Sakiti avtomobildən düşürtdüm, avtomobili bir qədər irəlidə torpaqlıq ərazidə saxladım. Zərnişanı da avtomobildən düşürtdüm. Şalvarımın cibindən açılıb-qatlanan, Natiqi öldürən zaman istifadə etdiyim bıçağı çıxardım və Zərnişanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Zərnişan yerə yıxıldıqdan sonra onun boğaz nahiyəsini də bıçaqla kəsdim. Meyiti avtomobildən təxminən 5-7 metr aralıda daşlara yaxın yerə atdım”.
Cinayəti törətdikdən sonra hava limanına gedərək Zərnişanın Moskvada yaşayan qardaşına bacısını xəyanət etdiyinə görə öldürdüyünü demək üçün oraya gedib. Ölkəyə qayıdan zaman isə hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə prosesi zaman Anar Hacıyev ittiham üzrə özünü təqsirli bilib. Sakit Hacıyev isə özünü təqsirli hesab etməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisləri bildiriblər ki, təqsirləndirilən şəxslərdən şikayətçidilər.
Məhkəmə Anar Hacıyevin qardaşı Sakitin təqsirli olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edib ki, onun ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan müdafiə xarakteri daşıyıb.
Məhkəmə sübutlara qiymət verərrək nəticəyə gəlib ki, Anar və Sakit Hacıyevlər CM-nin 120.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) 120.2.4(xüsusi amansızlıqla qəsdən adam öldürmə) 120.2.7(iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və meyit üzərində təhqir edici hərəkət etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidilər.
Sonda məhkəmənin hökmü ilə Anar Hacıyev 19 il, Sakit Hacıyev isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar/ Ölkə.az
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO