1.3 milyonluq maşın, 67 minlik odun və... - Mədəniyyət Nazirliyinin tenderləri mübahisə doğurub
02-09-2021 [19:35]
Əbülfəs Qarayevin müavini də daxil olmaqla, başının dəstəsi həbs olunanda, həmin adamlara qarşı irəli sürülən ittihamların əsas hissəsi Mədəniyyət Nazirliyinin keçirdiyi dövlət satınalmaları və tenderlərdə yol verilmiş saxtakarlıq və yeyinti faktları ilə əlaqədar idi.
Buna görə nazirlik rəsmilərilə yanaşı, saxta tenderlərin qalibi olan şirkət rəhbərləri də məsuliyyətə cəlb olundular. Bu fırıldaqlarda və dövlət mülkiyyətinin talan olunmasında iştirak edənlərin bir qismi həbsə göndərildi, bir qismi də, nazir başda olmaqla, vəzifəsindən azad olundu. İstintaqda ifadə verənlər isə bu işdə nazirin birbaşa əli olduğunu sübut edən məlumatlar veriblər...
Əbülfəs Qarayev ötən ilin mayında vəzifəsindən azad olundu. İyul ayından etibarən onun yerini Anar Kərimov tutdu və o, faktiki olaraq 1 ildir ki, nazir səlahiyyətlərini icra edir.
Bəs, bu müddət ərzində hansı ciddi dəyişikliklər baş verib?
Sırf mədəniyyət sahəsindəki duruma toxunmadan, nazirliyin yalnız dövlət satınalmaları və tenderlər məsələsindəki fəaliyyətinə nəzər yetirdikdə, əvvəlki rəhbərliyin “metod və üslublarına” bənzər proseslər görürük.
Belə ki, ötən gün mətbuatda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin struktur qurumlarına 2021-ci ildə maşın və avadanlıqların satın alınması tenderinin nəticələri dərc olunub. Məlumatda deyilir ki, 1 milyon 263 min 838 manat dəyərində tenderin qalibi "STONE CONSTRUCTİON" QSC elan edilib.
Məsələ ondadır ki, bu şirkət Azərbaycandakı “tender əjdahaları” sırasındadır. Rəsmi sənədlərdən belə aydın olur ki, şirkətin əsas müştəriləri icra hakimiyyəti orqanları və nazirliklərdir. Onların da sırasında Mədəniyyət Nazirliyi ən öndə gedir. Özü də bu şirkət necə “fərasətlidirsə”, dövlət qurumlarına “Kamaz” təkərindən tutmuş yanacaq üçün oduna qədər, dəftərxana ləvazimatından tutmuş müasir maşın və avadanlıqlara qədər, hər şey satır.
Məsələn, bu ilin aprelində "STONE CONSTRUCTİON" Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tenderinin qalibi olub. Şirkət 137 min 971 manatlıq müqavilə əsasında bu dövlət qurumuna 14 ədəd "Kamaz" təkəri, 80 ədəd "Ford" təkəri, 14 ədəd "Volvo" təkəri və 17 ədəd akumulyator satıb.
Cari ilin iyulunda isə həmin şirkət Mədəniyyət Nazirliyinin birdən-birə 5 tenderini qazanıb. Və maraqlıdır ki, ümumi dəyəri 500 min manata yaxın olan həmin tenderin nəticələrinə görə, "STONE CONSTRUCTİON” həm Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə 305 min manata(!) dəftərxana ləvazimatı, həm də Bərdə Regional Mədəniyyət İdarəsinə 66.646 manata(!) odun yanacağı satıb.
Hələ az qala yarım milyonluq dəftərxana ləvazimatının alınmasının hansı ehtiyacdan irəli gəldiyini bir tərəfə qoyaq, Bərdə Regional Mədəniyyət İdarəsinə 66 min manatlıq odun alınmasının özü bir yandan gülməli, digər yandan fantastik görünür. Bir tərəfdən belə çıxır ki, Bərdədə ümumiyyətlə, təbii qaz yoxdur deyə idarə və kəndlərdəki mədəniyyət klubları odunla qızdırılır.
Digər yandan hazırda, belə demək mümkünsə, “qara bazar”da odunun bir yük maşını 300-400 manatdır. Bu minvalla 66 min manata az qala iki yüz maşın odun düşür. Görəsən, 200 maşın odun bu idarənin nəyinə lazımdır? Bəlkə qarşıdan on illərlə davam edəcək “buz dövrü” gəlir və təbii qaz yataqlarımız quruyacaq da, bizim xəbərimiz yoxdur? Deməli, açıq görünür ki, ortada rəqəmlərin şişirdilməsinə, şirkətlə “sövdələşməyə”, saxtakarlığa dair ciddi şübhələr var...
Ümumiyyətlə, "Stone Construction” QSC 2019-cu ilin yanvar ayının 22-nə kimi Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərib. Nizamnamə kapitalı cəmi 2010 manatdır. Buna baxmayaraq, sözügedən şirkət QSC-yə çevrildikdən sonrakı qısa dövrdə dövlət qurumlarının keçirdiyi və ümumi məbləği 4 milyon 287 min 653 manat olan 17 tenderin qalibi olub.
Üstəgəl, indi də Mədəniyyət Nazirliyindən 1.2 milyonluq tender alıb. Şirkətin qalib gəldiyi tenderlərin 8-ni paytaxtın icra hakimiyyətləri, beşini isə Mədəniyyət Nazirliyinin qurumları keçirib.
Şirkətlə bağlı başqa bir ilginc məqam onun hüquqi ünvanı ilə bağlıdır. Mediada dərc olunan yazılarda "Stone Construction” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli 2v 2, m.17 göstərilib. Həmin ünvanda "NT Engineering” MMC də qeydiyyata alınıb. Bu isə “tender əjdahaları” üçün xarakterik haldır – bir mənzilə bir neçə şirkət qeydiyyata salınır, axtaranda isə adətən heç birini tapmaq olmur...
Bütün bunlar onu göstərir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyindəki dəyişikliklərə rəğmən, qurumun xüsusilə tender və dövlət satınalmaları siyasətində şübhəli məqamlar qalmaqdadır. Bu sahədə səhman yaradılmadıqca dövlətin, xalqın vəsaitləri naməlum istiqamətlərə və ciblərə axmaqda davam edəcək. Nəzərə alaq ki, yeni nazirin iş başına keçdiyi artıq 1 ildən çoxdur, bu isə heç də az müddət deyil...
“AzPolitika.info”
Gültəkin Hacıbəylinin evində axtarış aparıb
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
İranda helikopter meyvə-tərəvəz bazarına düşüb - FOTO
“Azərpoçt”un vəzifəli şəxslərinə hökm oxundu
150 min nəfərlik silahlı dəstəyə sahib olan narkomafiyanın ikinci şəxsi belə öldürüldü - FOTO
Hindistanda təcili yardım təyyarəsi qəzaya uğradı - Yeddi nəfər öldü
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Azərbaycan nefti 73 dollardan baha satılır
ABŞ-da güclü qar yağıb - 5700-dən çox uçuş ləğv edilib
Nazirlik Novruzla bağlı əhaliyə müraciət edib
Sabiq deputat Mahir Aslanov əməliyyat zamanı vəfat edib - Türkiyədə