Müğənni qətlə yetirilib - Əfqanıstanda

img

29-08-2021 [11:19]


Əfqanıstanda xalq mahnılarının ifaçısı Fevad Andarabi "Taliban" silahlıları tərəfindən öldürülüb.

TASS xəbər verir ki, bu barədə "Times Now" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müğənni Bağlan əyalətindəki evindən çıxarılaraq güllələnib. Mərhumun oğlu hadisə ilə bağlı məlumatı təsdiqləyib.

İfaçı mahnılarında "Taliban" əleyhdarlarını dəstəkləyib və hərəkatı qınayıb. Bundan əlavə, bir çox "Taliban"çı musiqini haram hesab edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA