Arvadını öldürən hakim məhkəmə qarşısında: "Biz üç uşağa baxacaq gücdə deyilik"
26-08-2021 [16:55]
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.
Jurnalistlər zala proses başladıqdan 40 dəqiqə sonra buraxılıb.
Buna qədər prokuror ittiham aktını elan edib və Fəqan Əhmədov ifadə verib.
Daha sonra şahidlər dindirilib. Mərhum Pərvanə Əhmədovanın atası Süleyman Quliyev ifadəsində bildirib ki, nikah dövründə qızı və kürəkəni arasında hər hansı problem olmayıb: "Fəqanla Pərvanə 2006-cı ildən evlidir. Bu hadisə bədbəxt hadisədir. Mən bir ata kimi Fəqanı bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədov bağışlansın. Həyat yoldaşım və mən yaşlı adamlarıq, səhhətimizdə də problemlər var. Biz üç uşağa baxacaq gücdə deyilik. Uşaqlara Fəqan daha yaxşı baxa bilər".
Daha sonra mərhumun anası Mətanət Quliyeva ifadə verib. O da qızının Fəqan Əhmədovla yaxşı münasibətləri olduğunu deyib: "Hadisədən bir az əvvəl, axşam saat 10-da qızımla danışdıq. Qızım mənimlə gülə-gülə danışdı. Bir az sonra hadisə baş verib. Fəqan mənə böyük oğul kimi olub. Heç vaxt ailələrində söz-söhbət, problem olmayıb. Onun bağışlanmasını xahiş edirəm. Heç kim istəməz ki, ailəsində belə bədbəxt hadisə baş versin. Mən onu bağışlayıram, günahsız olduğunu bilirəm".
Fəqan Əhmədovanın anası Səmayə Əhmədova da məhkəmədə dindirilib. S.Əhmədova deyib ki, gəlini həyalı, abırlı xanım olub: "Pərvanə mənə gəlin yox, qızım kimi olub. 4 ilə yaxın bir evdə yaşamışıq. Aramızda heç bir problem olmayıb. Oğlumla yaxşı yola gediblər. Hadisə günü Fəqan mənə zəng elədi. Dedi ki, "ana, gəl uşaqların başında dur". Kiçik oğluma zəng elədim. Dedim ki, Fəqan zəng edib belə deyir. Sonra oğlum zəng edib dedi ki, bağa getməliyik. Oğlumla bağa gedəndə gördüm ki, həyətdə polislər var. Polisləri görəndə bildim ki, nəsə faciə olub. Sonra da Pərvanənin atasıgilə xəbər verdim. Əgər mən bilsəm ki, Fəqan hansısa bir səbəbə görə Pərvanəni qəsdən öldürüb, mən bir ana kimi onu bağışlamaram. Amma bu, bədbəxt hadisədir".
Daha sonra F.Əhmədovun qardaşı və dayısı da eyni məzmunda ifadə verib. Onlar Fəqangillə daimi gediş-gəlişləri olduğunu, cütlük arasında ciddi problem yaşanmadığını bildiriblər və hadisəni bədbəxt hadisə kimi gördüklərini deyiblər.
Hakim Telman Hüseynov növbəti şahid kimi Fəqan Əhmədovun 14 yaşlı oğlunun ifadə verməsini istəyib. Lakin F.Əhmədov məhkəmədən xahiş edib ki, oğlu prosesdə dindirilməsin: "Oğlum keçid dövrünü yaşayır. İstintaqda 8 saat dindirilib. Psixoloji gərginlik yaşayıb. Vəkilim onu psixoloq yanına aparıb. Onun bu proseslərdən kənar qalmasını istəyirəm. Məhkəmədən bu xahişimi nəzərə almasını istəyirəm".
F.Əhmədovun vəkilləri bu xahiş əsasında vəsatət veriblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb və Fəqan Əhmədovun oğlu prosesdə dindirilməyib.
Son olaraq təqsirləndirilən şəxsin qonşusu Əşrəf Hüseynov ifadə verib: "Hadisə günü bizim həyətdə yeyib içdik. 700 qramlıq araq almışdıq. Axşam saat 9 radələrində Fəqan evlərinə getdi. Bizdən təxminən 200 metr aralıda qalır. Sonra mən yatdım. Səhəri günü eşitmişəm ki, belə bir hadisə baş verib".
Növbəti iclas sentyabrın 16-na təyin olunub.
Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO