Tərtərdə "Vətən bağı" Şəhidlər Parkı salınacaq 

img

25-08-2021 [23:07]


""Vətən bağı" Humanitar Təşəbbüslər İctimai Birliyinin qərarı ilə "Vətən bağı" Şəhidlər Parkının ilk dayanacağı 44 günlük Vətən Müharibəsində erməni önündə sinəsini sipər edən qəhrəman şəhərimiz Tərtər oldu".

Mia.az xəbər verir ki, bu barədə ideyanın müəllifi Emin Tarverdiyev açıqlama verib.

O bildirib ki, sabah səhər tezdən Tərtərdə ayrılacaq yerə baxış keçirmək, parkın salınması planlarını çizmək üçün "Vətən bağı" Humanitar Təşəbbüslər İctimai Birliyinin 3 üzvü Tərtər şəhərinə yola düşəcək:

"Xüsusilə qeyd edim ki, Tərtər ərazisində bizə ayrılan yer vaxtilə ləğv olunmuş Ağdərə rayonunun olub. Bu ərazini ilk olaraq seçməyimizin də simvolik mənası var...

Xeyir-dua verin, kin-nifrət yazmayın... "Niyə Tərtər ?" sualı da verməyin. Çünki Vətənin hər yeri bizə əzizdi...

Məlumat üçün qeyd edim ki, dünən tingləri bərkitmək üçün lazım olan taxtaların da pulu ödəndi, sifariş verildi.

Sevirəm hamınızı, "Vətən bağı"nı al-əlvan etməyin vaxtıdı...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA