Daşkəsənli ailə Dərbənddə qəzaya düşdü: ana və iki oğlu öldü, iki yaralı var

img

25-08-2021 [10:00]


Rusiyadan Azərbaycana gələn ailə üzvləri avtomobil qəzasına düşüb, ölənlər və yaralananlar var.

Hadisə Dərbənd ərazisində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü, ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb.

Sürücünün komada olduğu bildirilir.

Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA