Kəlbəcər yenə atəşə tutulub: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır" 

img

24-08-2021 [17:10]


Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA