"25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm” - Həbsdəki iş adamı kimə mesaj verir?
24-08-2021 [16:49]
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda şahid ifadə verib.
Şahid Leyla Novruzova İlqar İsmayılovun “Şəhər bağları”nda aldığı evin əvvəlki mülkiyyətçisi olub.
İttihama görə, İlqar İsmayılov “İdeal”ın xəzinəsindən götürüb mənimsədiyi 680 min manatın 280 minini 248 kvadrat metrlik 5 otaqlı mənzilin alınmasına xərcləyib. Leyla Novruzova məhkəmədə bildirib ki, həmin mənzili görməmişdi, sadəcə, onun adına olub. Alqı-satqı zamanı da alan şəxsin kimliyini bilməyib. Sadəcə, şəxsiyyət vəsiqəsini götürüb, ona müəyyən sənədlərə imza atdırıblar. Başqa heç nədən xəbəri yoxdur.
Leyla Novruzovanın istintaqa ifadəsində isə göstərilib ki, mənzili İlqar İsmayılova satıblar, həmin vaxt o, “İdeal” mağazalarının sahibi olduğunu deyib və s.
Şahid məhkəmədə bildirib ki, istintaqda belə ifadə verməyib. Çünki heç nədən xəbəri yox idi, bütün məsələləri həyat yoldaşı həll eləyirdi: “Prokurorluqda da yoldaşımla birlikdə ifadə vermişik. Ola bilər, yoldaşımın dediklərini mənim də adıma yazıblar”.
İlqar İsmayılov Leyla Novruzovadan evin faktiki sahibi Kənan adlı şəxsi tanıyıb-tanımadığını soruşub. Leyla Novruzova Kənanın tanıdığını və qohum olduqlarını təsdiqləyib. Evin faktiki sahibinin Kənan olub-olmaması sualına konkret cavab vermədən qeyri-müəyyən cavablar verib: “Qohumlar toplaşıb, bizə kömək üçün beşotaqlı evi almışdılar. Sonradan borc vardı deyə, mənzili satmaq qərarına gəldik”.
İlqar İsmayılov isə deyir ki, o mənzili Novruzovlardan yox, Kənan adlı şəxsdən alıb. Qiymət də 280 min yox, 1 milyon manat civarında olub, Novruzovları da heç vaxt görməyib: “O yerdə 248 kvadrat metrlik təmirli mənzil o qiymətə ola bilməzdi axı. İstintaq ittihamı əsaslandırmaq üçün yalan yazıb”.
İş adamının vəkilləri sözügedən mənzillə bağlı qiymətləndirmə şirkətinin rəyini də məhkəməyə təqdim edib. Orada mənzil 1 milyon manat qiymətləndirilib.
Daha sonra İlqar İsmayılovun ortağı ilə e-mail yazışmalarının cinayət işi materiallarına əlavə edilməsi ilə bağlı ötən prosesdə vəkillərin verdiyi vəsatət müzakirə edilib. Prokuror və zərərçəkmiş tərəf etiraz etsə də, məhkəmə vəsatəti təmin edib və hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində və hökm çıxararkən yazışmalara qiymət veriləcək.
İlqar İsmayılov məhkəmədə bildirib ki, heç bir mənimsəməyə yol verməyib:
“18 ilk şirkətimdən heç vaxt heç nə mənimsəməmişəm. Biz digər təsisçi ilə 5 il 3 ay birlikdə çalışmışıq, çörək kəsmişik. Mənim barışıq qapım həmişə açıqdır. Bəzi məsələlər var ki, mən məhz kəsdiyimiz çörəyə görə açıqlamaq istəmirəm. Mənim atam da fəhlə olub, bizə halal çörək yedirib. Mən əlimdən alınan “İdeal” əmtəə nişanını və 25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm” - deyə İlqar İsmayılov bildirib.
Zərərçəkmişin vəkili bu mesajı təmsil etdiyi tərəfə çatdıracağını bildirib.
Növbəti proses avqustun 26-a təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2013-2016-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...