"300 baldan aşağı toplayanlar bu ixtisasları seçsələr..." - DİM sədri IV ixtisas qrupunun abituriyentlərinə səsləndi

img

24-08-2021 [15:41]


IV ixtisas qrupunda 300 baldan yuxarı bal toplayanların sayı 2700 nəfərdir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədrinin sözlərinə görə, 300 baldan aşağı toplayanlar aqrar ixtisasları seçsələr, onlar dövlət sifarişli yerlərə qəbul ola bilərlər.

"IV ixtisas qrupunda 600 baldan yuxarı toplayanlar 408 nəfərdir. Bu da ötən illə müqayisədə artıb. 500 baldan çox toplayan sayı isə 171 nəfər artıb nəfərdir. 400 baldan yuxarı nəticə göstərənlərin sayında da 141 nəfər artım var", - o, əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA