Təhsil Nazirliyindən magistrlərə - Xəbərdarlıq

img

24-08-2021 [14:24]


Avqustun 24-də ali təhsilin magistratura səviyyəsi üzrə II turda uğur qazanmış şəxslərin (Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş əlavə yerləşdirmə çərçivəsində ixtisas seçimində uğur qazanmış) elektron qaydada təhsil müəssisələrinə qeydiyyatı başa çatır.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, qeydiyyat prosesi bu gün saat 23:59-da yekunlaşacaq.

Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA