"Böyük iyirmilik" Əfqanıstanla bağlı toplanacaq

img

24-08-2021 [13:43]


Sentyabrın birinci, yaxud üçüncü həftəsində "Böyük iyirmilik" (G-20) qrupunun Əfqanıstandakı vəziyyətə həsr olunmuş fövqəladə zirvə görüşü keçirilməlidir.

Bu barədə İtaliyanın “Il Giornale” qəzeti yazıb.

Xatırladaq ki, hazırda G-20 qrupuna İtaliya rəhbərlik edir.

Daha əvvəl ölkənin xarici işlər naziri Luici di Mayo Əfqanıstana həsr olunmuş zirvə görüşünə hazırlıq görüldüyünü xəbər vermişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR