Məktəbli formaları neçəyə satılacaq? - Açıqlama

img

24-08-2021 [12:01]


Pandemiya ilə əlaqədar olaraq Bakı Tikiş Evində tikilən məktəbli formalarına tələbat əvvəlki illərə nisbətən azalıb".

Bunu Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

E.Əzimov bildirib ki, vəziyyətlə əlaqədar məktəbli formalarının istehsalı zamanı risklər nəzərə alınır: "Yeni növ koronavirus (COVID-19) infeksiyasına görə, məktəblərlə bağlı nə qərar veriləcəyi bəlli deyil. Ona görə də, böyük miqdarda istehsal etmirik. Kifayət qədər parça ehtiyatımız var. Yəni özümüz tikdiyimi üçün nə vaxt tələbat olursa, lazım olan ölçüdə, lazım olan qədər istehsal edə bilirik. Qiymətlərdə heç bir fərq yoxdur. Ümumiyyətlə, 2017-ci ildən bəri məktəbli formalarının qiymətində dəyişiklik edilməyib. Aşağı siniflər üçün məktəbli formasının qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır. Köynəklərin qiyməti isə ölçüsündən asılı olmayaraq 8 manat dəyərindədir. BTE-nin məktəbli formaları "Bravo" super marketlərində və tikiş evinin öz mağazalarında satışdadır"/Pravda.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA