Qubada “patı”, “şüşə” satanlar saxlanıldı: aralarında qadınlar da var - FOTO

img

24-08-2021 [11:12]


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində içərisində qadın üzvləri də olan dəstə ifşa olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Mia.az-a bildirib ki, Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yığışdıqları Qəçreş yaşayış massivindəki evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA