Emin Əmrullayevdən dərslərlə bağlı qərar: tədris planları təsdiqləndi + DETALLAR

img

23-08-2021 [19:02]


Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqlənib.

Miaa.z xəbər verir ki, bu barədə Təhsil nazirinin əmri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib:

Eyni zamanda, əmrə əsasən, bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilib.

Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

Xatırladaq ki, əmrdə Azərbaycanda 2021-2022-ci tədris ili üçün tətil günləri açıqlanıb.

Belə ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA