“Bizim Cəbiş müəllim”in "Makedon"u...
22-08-2021 [12:03]
1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Bizim Cəbiş müəllim” Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt “yoruldum” demir.
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
Film Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında görkəmli rejissor Həsən Seyidbəyli tərəfindən çəkilib.
Böyük Vətən Müharibəsində Azərbaycan neftinin nə dərəcədə rol oynaması haqqında fikirlər ilk dəfə olaraq “Bizim Cəbiş müəllim” filmində Nəcəfov obrazının dili ilə söylənilib: “Böyük Vətən Müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib”.
Modern.az-ın məlumatına görə, filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndəriblər. Həmişə olduğu kimi, bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən həmin faktların çıxarılmasına göstəriş verir. Amma Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur, həmin kadrı saxlaya bilir.
“Bizim Cəbiş müəllim” filmindəki maraqlı obrazlardan biridi də Makedondur. Bu rolu əslən Bakının Prşağı kəndindən olan Aqil Ağacanov canlandırıb. Onu filmə təsadüfən çəkiblər.
Belə məlumat yayıb ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, onu Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək.
Filmin rejissory olmuş Əbdül Mahmudov bu haqda Modern.az-a deyib ki, əslində məsələ başqa cür olub:
“Deməli, görkəmli rejissor Həsən Seyidbəyli əslən Maştağadan idi, Pirşağıda da bağı vardı. Elə bir zaman idi ki, artıq ssenari hazır idi, aktyor seçimi mərhələsindəydik. Yazqabağı idi. Həsən müəllim mənə təklif etdi ki, bir yerdə gedib bağda çalışan ustaların məvacibini verək, həm də bir havamızı dəyişək. Razılaşdıq. Sən demə, hələ mənə qədər bağa gedib-gələndə tində durub meyxana deyən uşaqlar onun diqqətini cəlb ediblər. Bir yerdə gedəndə mənə dedi ki, fotoqraf da gəlsin. Onun istədiyi kimi də oldu. Getdik, ustaların maaşını verib geri qayıdanda tindəki uşaqlar, o cümlədən Makedon rolunun ifaçısı Aqil Ağacanov da orada oturmuşdu”.
Elə bu dəmdə Həsən Seyidbəyli filmə çəkilməsi üçün Aqil Ağacanova “elçi” düşür, orada duran yeniyetmələrlə birgə meyxana deyib zarafatlaşır.
Əbdül Mahmudov bildirir ki, rejissor filmə çəkilmək təklifini edəndə Aqil bunu qeyri-ciddi qarşılayır. Həsən Seyidbəyli “oğlum, mən kinoçəkənəm, səni çəksəm, gələrsən?” – deyə soruşur.
Aqil də cavabında “mənim kinoda nə işim var”, – deyir.
“Həsən müəllim təkid etməyə başladı ki, gözəl film olacaq, sənə yaxşı rol verəcəm və s. Aqil yeniyetmə idi. Elə bildi ki, onunla zarafat edirik. Sonra bildirdi ki, “əgər məhəllə uşaqlarını da çəksəniz, gələrəm”.
Beləcə razılaşdıq. Bundan sonra dəfələrlə həmin məhəlləyə gedib Aqilin ailəsilə tanış oldum, onun özüylə yaxın münasibət qurdum. Filmdə Cahangir Zeynalov və Ziya Seyidbəylidən başqa, meyxana deyən uşaqların hamısı Aqilə görə kənddən gələn uşaqlar idi.
Cəbiş müəllimin uşaqları rolunda çəkilənlərdən 3 nəfəri Həsən Seyidbəylinin öz uşaqları idi. Ziya Seyidbəyli, Məryəm Seyidbəyli və Mehdi Seyidbəyli. Lap körpəni isə həmin məhəllədə yaşayan ailədən götürmüşdük”.
Filmdəki meyxananın sözləri məşhur meyxanaçı Ağasəlim Çıldağa məxsusdur.
Əbdül Mahmudov:
“Ağasəlim Çıldağı biz özümüz dəvət etmişdik. Əslində meyxananı kadraxasında Ağasəlim Çıldağın tələbələri deyib. Hətta onların içində kiçik bir uşaq da var, Ağasəlim Çıldağ onu çox tərif edərək söyləyirdi ki, o böyük meyxanaçı olacaq. Amma təəssüf ki, sonra o uşaq qəzada öldü. Çəkilişlərin birində Arif Nərimanbəyov həmin uşaqdan əl çəkmədi ki, bir dənə ləntərani (ədəbsiz sözlər üzərində qurulmuş meyxana) desin, ona replikalar atırdı. Uşaq da olardı 14-15 yaşlarında. Ağasəlim müəllimə dedi ki, icazə ver, bu kişiyə meyxana deyim. Həsən Seyidbəyli də göz vurdu ki, de. Ağasəlim Çıldağ bilirdi ki, bu uşaq nəsə “korlayacaq”. Arif müəllim də ağsaqqal adam idi. Amma özü “qaşınmışdı”.
Uşaq meyxananı deyəndən sonra aləm bir-birinə dəydi. Həsən müəllim dedi: “Malçik, xvatit, bolşe ne nado”.
Meyxana ilk dəfə məhz bu filmdə bir janr kimi tarixə düşdü, folklor sənəti kimi rəsmən öz təsdiqini tapdı”.
Qeyd edək ki, Makedon rolunun ifaçısı Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır və pensiyaçıdır. O, uzun müddət Pirşağıda kababçı işləyib.
Deyirlər rejissor filmin çəkilişləri zamanı Aqilin bəzi kaprizlərinə dözməli olub. Məsələn, Tanya ilə öpüş səhnəsinin çəkilişində Makedon – Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın və qızı bir neçə dəfə öpə bilsin. Bu yolla o, rus qızı Svetlanana Morşininanı bir neçə dəfə öpməyə nail olur.
Bunu Aqil Ağacanovun özü də çox sonralar etiraf edib.
“Tanya rolunu oynayan Svetlanana Morşininanı Bakıdakı rusdilli məktəblərdən birindən tapmışdıq”, deyə rejissor Ə.Mahmudov bildirib.
Yeri gəlmişkən, Aqil Ağacanov daha bir məşhur filmdə çəkilib. O, 2001-ci ildə lentə alınan “Yuxu” filmində polis əməkdaşı Mənsurov” (ləqəbi “Çənə”) rolunu oynayıb.
Aqil Ağacanov 1949-cu il avqustun 22-də anadan olub. Bəli, bu gün onun doğum tarixidir. O, hələ də Pirşağıda kababçı Aqil kimi tanınır.
Modern.az saytı Makedon rolunun ifaçısı – kababçı Aqil Ağacanovun sonuncu fotolarından birini təqdim edir.
Aşağıda təqdim etdiyimiz şəkillərin arasında düz 50 il fərq var.
Ramazanın 7-ci gününün duası: imsak və iftar vaxtı
Nəriman Axunzadənin ABŞ klubuna transferi ləngiyir - Səfirlik hələ də viza müraciətinə cavab verməyib
Gültəkin Hacıbəylinin evində axtarış aparılıb
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
İranda helikopter meyvə-tərəvəz bazarına düşüb - FOTO
“Azərpoçt”un vəzifəli şəxslərinə hökm oxundu
150 min nəfərlik silahlı dəstəyə sahib olan narkomafiyanın ikinci şəxsi belə öldürüldü - FOTO
Hindistanda təcili yardım təyyarəsi qəzaya uğradı - Yeddi nəfər öldü
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Azərbaycan nefti 73 dollardan baha satılır
ABŞ-da güclü qar yağıb - 5700-dən çox uçuş ləğv edilib
Nazirlik Novruzla bağlı əhaliyə müraciət edib