Azərbaycan və İranın HDQ nümayəndə heyətləri görüşüb - FOTO

img

22-08-2021 [11:08]


İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) şimal donanmasının komandanı kontr-admiral Əbdülvahab Tahiri ilə Azərbaycan HDQ komandanın müavini birinci dərəcəli kapitan Həbib Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində "Dəniz Kuboku" müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Kontr-admiral Ə.Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu ifadə edib, ölkəmizə bu yarışda müvəffəqiyyətlər arzulayıb.

Birinci dərəcəli kapitan H.Xəlilov "Dəniz Kuboku" müsabiqəsinin bu il İran İslam Respublikasında təşkil olunmasına görə iranlı həmkarına təşəkkürünü bildirib. Yarışın iştirakçı ölkələr arasında dostluq münasibətlərinin daha da artırılması məqsədi ilə keçirildiyi vurğulayıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA