Sahil Babayev rektorun oğlunu müşavir vəzifəsindən azad etdi - Yeni təyinat

img

20-08-2021 [23:42]


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifəyə təyin edib. 

Mia.az Qaynarinfo-ya istinadla nazirin müaviq əmri ilə Mehdi Abdullayev "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Elşən Səlim oğlu Əsədovun müşaviri təyin olunub. 

Qeyd edək ki, "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”sı 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. 

Xatırladaq ki, Mehdi Abdullayev bu vəzifəsindən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA