Azərbaycanlıların restoranına hücum edən ermənilərə hökm oxundu

img

19-08-2021 [17:03]


Moskvanın cənub-qərbindəki azərbaycanlıların “Bakinski dvorik” restoranına ötən il hücum edən ermənilərə hökm oxunub.

Bu barədə TASS məlumat yayıb.

Moskvanın Nikulin rayon məhkəməsinin qərarı ilə A.A.Nikoyan, S.M.Nikoyan, A.A.Apreyan, A.P.Petrosyan, N.Ş.Petrosyan, R.K.Saakyan hadisəni törətməkdə (silah qismində vasitələrdən istifadə etməklə xuliqanlıq) təqsirli bilinib.

Onların hər biri cəzasını ümumi rejimli həbsxanada çəkməklə 2 il müddətinə azadlıqdan məhrum ediliblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA